logo

Lənkəranda zəlzələ olub

18:32 19-11-2019 | icon 217
Lənkəranda zəlzələ olub

Noyabrın 19-da Lənkəranda maqnitudası 3.5 olan zəlzələ baş verib.

 YeniAvropa xəbər verir  ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.Qeyd edilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:45-də qeydə alınıb.

Ocağı 16 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 3 bal, ətraf rayonlarda isə 3 bala qədər hiss olunub.