logo

Qazaxıstanda  havanın temperaturu kəskin aşağı düşüb

16:22 19-11-2019 | icon 2520
Qazaxıstanda  havanın temperaturu kəskin aşağı düşüb

Qazaxıstanın mərkəzi vilayətlərində havanın temperaturu kəskin şəkildə aşağı düşüb, qasırğa xəbərdarlığı elan olunub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, ölkənin paytaxtı Nur-Sultanda, həmçinin Karaqanda, Pavlodar, Şərqi və Şimali Qazaxıstan vilayətlərində şaxtalı hava şəraiti hökm sürür.

Havanın temperaturu mənfi 25-33 dərəcəyədək enib. Bu gün orta mǝktǝblǝrdǝ dərslər dayandırılıb.

Qazaxıstan Hidrometeorologiya Mərkəzinin məlumatına görə, havanın temperaturu gündüz mənfi 20-25, gecǝ isə mənfi 33 dərǝcǝyǝ qədər enir.

Kəskin hava şəraiti ilə əlaqədar avtomobil yollarında hərəkət məhdudlaşdırılıb.