logo

Şəkidəki "Marxal hotel" 3 günlük tətili üçün 7765 manat qiymət oxuyur

19:47 10-11-2019 | icon 2646
Şəkidəki "Marxal hotel" 3 günlük tətili üçün 7765 manat qiymət oxuyur

Yeni il bayramına ay yarımdan artıq vaxt qalsa da, indidən ölkə ərazisində fəaliyyət göstərən hotellər qiymətlərini açıqlayıblar.

 YeniAvropa xəbər verir  ki, builki rəqəmlər ötən ildəkilərlə müqayisədə daha yüksəkdir. Rayonlardan və hotellərdən asılı olaraq, qiymətlər fərqlənir. Üstəlik, bir çox hotellərin tətil paketi 2 gecə 3 gün olduğu halda bəzilərində də 3 gecə 4 günlük paketlər var.

Bunların arasında ən “dodaq uçuqladan”ı Şəkidə yerləşən "Marxal Resort hotel"indədir. Dekabrın 30-dan yanvarın 2-ə qədər 2 və 3 gecəlik paketlər rezerv olunduğu təqdirdə otaq tiplərinə görə tam pansion (gündə 3 dəfə qidalanma) və yeni il proqramı daxil olmaqla qiymətlər aşağıdakı kimidir:

2 gecəlik qiymətlər: 
Standart otaq eyvansız 1560 manat (2 nəfərlik)
Standart otaq eyvanlı 1610 manat 
Triple 2225 manat 
Deluks Suite otaq 1780 manat 
Orta ölçülü villa (6 nəfər) 4700 manat 
Böyük ölçülü villa (8 nəfər) 5990 manat

3 gecəlik qiymətlər: 
Standart otaq eyvansız 2035 manat (2 nəfərlik)
Standart otaq eyvanlı 2110 manat 
Triple 2880 manat 
Deluks Suite otaq 2365 manat 
Orta ölçülü villa (6 nəfər) 6135 manat 
Böyük ölçülü villa (8 nəfər) 7765 manat