Pakistanın “Dəmir ledisi” Bakıda səfərdədir
Pakistanın BMT-dəki xoşməramlı səfiri Muniba Mazari Heydər Əliyev Fondu və Milli Paralimpiya Komitəsinin(MPK) dəvəti ilə Bakıda səfərdədir.
YeniAvropa xəbər verir ki, səfərdə məqsəd noyabrın 13-də Heydər Əliyev Fondunun MPK-nın birgə təşkil etdiyi “Yenilməzlər” Beynəlxalq Qala Təqdimatında , növbəti gün isə V Uşaq Paralimpiya Oyunlarında iştirak etməkdir. Muniba Mazari Gənc Tamaşaçılar Teatrında baş tutacaq “Yenilməzlər” tədbirində təqdimatla çıxış edəcək. Noyabrın 14-də isə V Uşaq Paralimpiya Oyunlarını izləyəcək.
Xatırladaq ki, Pakistanın“Dəmir ledisi” adlandırılan Muniba Mazari 3 mart 1987-ciildə anadan olub. O, 2007-ci ildə 20 yaşı olarkən ağır yol qəzası nəticəsində xəsarətlər alaraq yerimək qabiliyyətini itirib. Qəza nəticəsində bədəninin bir çox nahiyələrindən ciddi zədə alaraq nəinki gəzmək, hətta bir müddət çox sevdiyi rəsm çəkməkdən belə məhrum olur.
Qəzadan sonra onun həyatında çətin günlər başlayır. 2 il ərzində yatağa məhkum olan Mazarinin həyat yoldaşı ondan ayrılır, övladlığa götürdükləri oğulları Nil ilə yalnız buraxır. Yalnız həyat yoldaşı yox, Mazarinin atası da bu çətin anlarda ailəsini tərk edir.
Yataqda olduğu 2 il ərzində o, özünü çox köməksiz və tərkedilmiş hiss etsə də güclü iradəsi həyatın gətirdiyi çətinlikləri dəf etməyə yardımçı olur. O, artıq əlil arabasından istifadə edə bilir və yenidən sevimli işi ilə məşğul olmağa başlayır.
Həyatının bu dövründən etibarən o qərar verir ki, daha fəal olub, ictimaiyyət arasında daha çox görünməyə çalışacaq. Beləliklə aktiv fəaliyyətə başlayan Mazari Pakistan televiziya kanallarından birində aparıcı kimi fəaliyyətə balayır və bundan sonra ölkəsində məhşurlaşır.
O, bir çox sosial lahiyələrin iştirakçısı olaraq uşaq zorakılığı və cinsi bərabərsizliyə qarşı maarifləndirmə işlərində aktiv iştirak edir, uşaqların təhsil hüquqlarının həyata keçirilməsinə çalışır.
Muniba Mazari Pakistanın əlil arabası istifadəçisi olan ilk incəsənət xadimi və bu ölkənin BMT-dəki xoşməramlı səfiri olan ilk qadın təmsilçisidir. O, həmçinin, BBC tərəfindən 2015-ci ilin ən nüfuzlu 100 qadını siyasına daxil edilib. Həmin il o, "Forbes" jurnalının “30 yaşdan aşağı 30 ən uğurlu şəxs” siyahısına daxil edilib.
Dünyada minlərlə fiziki məhdudiyyətli insana ruh yüksəkliyi verən və nümunə olan Muniba Mazari hal-hazırda modellik, rəssamlıq, oxumaq, nitq söyləmək kimi fəaliyyətlərini davam etdirərək sübut edir ki, güclü iradə həmişə çətinliklər üzərində qələbə çalır.
Payızda Azərbaycan ilə Ermənistanın baza prinsipləri üzrə razılığa gəlməsi ehtimalı var
QDİƏT-in turizm üzrə toplantısında “Bakı Bəyannaməsi” qəbul edilib
Astara sakinindən 51 kq narkotika götürülüb
COP29-a görə Vergi Məcəlləsinə dəyişiklik ediləcək
İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda iştirak edir
"EURO-2024"ü idarə edəcək hakimlər arasında Türkiyə təmsilçisi də var
Sabah Bakıda 29° isti olacaq
Azərbaycanda spirtli içkilərin illik istehsali 20 min dekalitr olacaq
Yevlaxda uşaq bağçasındakı qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Azərbaycan Albaniya ilə viza rejimini aradan qaldırır
Azərbaycanla Türkiyə gəlirlərə görə ikiqat vergitutma aradan qaldırır
Azərbaycan-Ermənistan dövlət sərhəddinin dəqiqləşdirilməsinə başlanıldı
Milli Məclisdə 18 məsələ müzakirəyə çıxarılıb
3 ayda Azərbaycanda 1,8 ton narkotika dövriyyədən çıxarılıb
Goranboyda zəlzələ olub
Culfada “Chevrolet” “Tofaş”la toqquşub: 2 ölü, 2 yaralı var
Xankəndidə silah-sursat aşkarlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan nefti 88,30 dollara satılır
Daha 39 ailə Füzuliyə köçürülüb
Faktiki hava:Bölgələırdə şimşək çaxıb,yağış və sulu qar yağıb
İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə gedib
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Faktiki hava: Oğuz və İsmayıllıya dolu düşüb