logo

Müxalifətl sakitliyə çağıran prezident ölkədə yeni seçkilər elan etdi

17:50 10-11-2019 | icon 2408
Müxalifətl sakitliyə çağıran prezident ölkədə yeni seçkilər elan etdi

Noyabrın 10-da Boliviya prezidenti Evo Morales ölkədə yeni prezident seçkilərinin keçiriləcəyini açıqlayıb.

YeniAvropa "TASS" agentliyinə istinadla xəbər verir  ki, bu barədə Morales sosial şəbəkələrdə yayımlanan mətbuat konfransında məlumat verib: "Mən Boliviya xalqının səsvermə yolu ilə yeni hökumətini seçmələri üçün yeni seçkilərə çağırıram". 

Prezident Evo Morales qeyd edib ki, yeni seçkiləri tərkibi tamimilə yenilənmiş Ali Seçki məhkəməsi keçirəcək:" Hər şeyi edəcəyəm ki,ölkədə gərginlik azlsın.Hər kəsdən ölkədə sabitliyi təmin etmələrini xahiş edirəm".

Xatırladaq ki, oktyabrın 20-də keçirilən seçkilərdə müxalifətin namizədi- sabiq prezident Karlos Mesanın 37 faiz səs yığdığı açıqlanıb. Lakin Mesa nəticələrin saxtalaşdırıldığını və Moralesin dördüncü dəfə prezident olmaq üçün ikinci turun keçirilməsinə imkan yaratmadığını bəyan edib. 

Elə həmin vaxtdan müxalifət tərəfdarları küçələrdədir və davamlı etiraz aksiyaları keçirirlər.Evo Morales  ölkədə fövqəladə vəziyyət elan etsə də bir nəticəsi olmayıb. Son məlumata görə, prezident iqamətgahının mühafizəsini həyata keçirən polislər xidmətdən imtina ediblər. Bəzi şəhərlərdə isə polis özü etirazçıların sıralarına qoşulub, onlar maaşlarının artırılmasını tələb edir. Habelə Boliviya ordusu etirazçılara qarşı güc tətbiq etməyəcəyini bildirib. Hərbi komandanlığın nümayəndəsi, general Uilyams Kaliman bəyan edib ki, hərbçilər situasiyaya qarışmaq niyyətində deyillər.

Bu gün səhər saatlarında müxalifət tərəfdarlarının ölkənin əsas teleradio şirkətlərini ələ keçirməsi Evo Moralesi yeni seçkilərin keçirilməsinə vadar edib.