logo

Prezident şəhərin mərkəzində itinə heykəl qoydurur

15:32 10-11-2019 | icon 189
Prezident şəhərin mərkəzində itinə heykəl qoydurur

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Aşqabadın mərkəzində "Vıpala"(Sadiq) ləqəbli  türkmən qoyun iti cinsi alabaya heykəl qoyulması haqda sərəncam imzalayıb.

YeniAvropa xəbər verir  ki, bu barədə “Azadlıq” radiosunun türkmən xidməti məlumat yayıb.Xəbərdə bildirilib ki, prezidentin sərəncamı noyabrın 6-da Aşqabadda tikinti işlərinin gedişi ilə tanış olandan sonra açıqlanıb.

Berdıməhəmmədovu Aşqabadda tikinti işlərinin gedişi ilə tanışlıqda şəhərin icra hakimi Şammuhammet Durdılıyev müşaiyət edib. Dövlət başçısına şəhərdə tikilən binaları və digər qurğuları göstəriblər. Planlaşdırılan layihələr arasında alabayın böyük heykəlinin qurulması da yer alır.

 

Televiziya ilə yayılmış kadrlara əsasən prezident tikinti layihələrinin çertyojları üzərində nələrisə göstərir, məmurlara nəsə izah edir. Hansısa məqamda o, barmağını alabayın monumentin tərəf tuşlayır, amma məmurlara nə dediyi məlum olmur.

Xatırladaq ki, Berdıməhəmmədov bu yaxınlarda alabay haqda kitabını hökumətin iclasında təqdim edib. Türkmənistan prezidentinin bu kitabı ilə bağlı günlərlə təntənəli mərasimlər keçirilib, musiqiçilər tezliklə türkmənbaşının alabay haqda şerinə mahnı da bəstələyiblər.