logo

Müxalifət dövlət radiostansiyasını və telekanalını ələ keçirdi

13:15 10-11-2019 | icon 2793
Müxalifət dövlət radiostansiyasını və telekanalını ələ keçirdi

Boliviyada müxalifət tərəfdarları ölkədə etirazları nümayiş etdirməyən "Patria Nueva" dövlət radiostansiyasını və "Bolivia TV" (BTV) milli telekanalını ələ keçiriblər.

 YeniAvropa xəbər verir  ki, bu barədə "Patria Nueva"nın direktoru İvan Maldonado RİA "Novosti"yə bildirib.

"Studiyalarımızı mühasirəyə alan etirazçılar jurnalist işimizi dayandırmayacağımız təqdirdə avadanlığı məhv etməklə hədələyərək bizi təxminən iki saat saxladılar", - deyə Maldonado bildirib.

Məlumata görə, "Patria Nueva"nın direktoru dövlət KİV-in yayımının aparıldığı binanı tərk etməyə məcbur olub.

Xatırladaq ki, Boliviyada etirazlar oktyabrın 20-də başlayıb və bu günə kimi davam edir. Etirazlara səbəb oktyabrın 20-də keçirilmiş prezident seçkilərində prezident Evo Moralesin 47 faiz səslə özünü birinci elan etməsi olub. Seçkilərin nəticələrinə etiraz edən müxalifət küçələrə çıxıb.