logo

Qazaxıstanda hava şəraiti kəskin soyuyub

12:44 10-11-2019 | icon 2576
Qazaxıstanda hava şəraiti kəskin soyuyub

Qazaxıstanda hava şəraitinin kəskin soyuması ilə əlaqədar əhaliyə xəbərdarlıq edilib.

YeniAvropa xəbər verir ki, sinoptiklərin məlumatına görə, Akmola, Pavlador, Aktobe, Kostanay vilayətlərində, eləcə də ölkənin qərb və şimal regionlarında gündüz saatlarında çovğunla müşayiət olunan güclü külək əsəcək, küləyin sürəti saniyədə 15-20 metrə çatacaq.

Hava şəraitinin pisləşməsi nəticəsində respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyatın bütün növləri üçün hərəkət müvəqqəti dayandırılıb.