logo

Zərgər müştərinin 40 min dollarlıq brilyant qaşını oğurladı

10:17 10-11-2019 | icon 2415
Zərgər müştərinin 40 min dollarlıq brilyant qaşını oğurladı


Bakıda zərgər müştəri tərəfindən ona məxsus üzüyün brilyant qaşını dəyişdirməkdə günahlandırır.

YeniAvropa xəbər verir  ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilib ki, 48 yaşlı Zəminə Məhərrəmova bu barədə Sabunçu rayonu 14-cü Polis Bölməsinə müraciət edib.

Qadın şikayətində  zərgər V.Vəliyevin noyabrın 6-da onun təmir üçün apardığı üzüyünün 40 min dollar dəyərində brilyant qaşını sirkon qaşla dəyişdiyini qeyd edib.

Hazırda faktla bağlı araşdırma aparılır.