logo

Keçmiş məhkumun maşınından saxta pullar çıxdı

21:11 09-11-2019 | icon 2429
Keçmiş məhkumun maşınından saxta pullar çıxdı

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş A.Cavadov paytaxtın Nərimanov rayonu ərazisində saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  YeniAvropa-ya verilən məlumata görə, şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilib.

A.Cavadovun “BMW” markalı avtomobilinə baxış zamanı isə oradan 7 ədəd 50 manatlıq saxta əskinas aşkar edilərək götürülüb.