logo

"Neftçi" "Keşlə"yə uduzdu

19:59 09-11-2019 | icon 3066
"Neftçi" "Keşlə"yə uduzdu

Noyabrın 9-da futbol üzrə Azərbaycan Premyer Liqasının 11-ci turuna start verilib.

 YeniAvropa xəbər verir  ki,  paytaxtı klubları-"Neftçi" "Keşlə"nin qonağı olub.

Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbə ilə "Keşlə" 2-ci pilləyə yüksəlib. Roberto Bordinin komandası isə 3-cü pilləyə geriləyib.

Xatırladaq ki, bu gün turun açılış matçında “Qəbələ” öz meydanında “Səbail” komandasını qəbul edib. Qəbələ şəhər stadionunda keçirilmiş görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

Bu qələbəyə baxmayaraq, “Qəbələ” 9 xalla sonuncu pillədə qalıb. “Səbail” isə 11 xalla 4-cüdür.

Tura noyabrın 10-da "Sabah" - "Sumqayıt" və "Qarabağ" - "Zirə" matçları ilə yekun vurulacaq.