logo

Çavuşoğlu: "Həqiqi soyqırım ermənilər tərəfindən Xocalıda törədilib"

19:27 09-11-2019 | icon 245
Çavuşoğlu: "Həqiqi soyqırım ermənilər tərəfindən Xocalıda törədilib"

Uydurma “erməni soyqırımı” ilə bağlı qəbul olunan qərarlar Türkiyənin Suriyada həyata keçirdiyi “Barış Pınarı” əməliyyatını pozmaq üçün ortaya atılmış təzyiq vasitəsidir. Həqiqi soyqırım ermənilər tərəfindən yaxın tarixdə Xocalıda törədilib.

 YeniAvropa xəbər verir  ki, bu fikri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının Antalyada keçirilən 24-cü iclasından sonra  İƏT-in baş katibi Hadi Süleymanpur ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirib.

M.Çavuşoğlu vurğulayıb ki, Xocalıda qaça bilməyən hər kəs ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib: "Orada 613 günahsız azərbaycanlı soydaşımız, o cümlədən 106 qadın, 83 uşaq öldürülüb. Həqiqi soyqırımı axtaranlar YPG/PKK terror təşkilatlarının İraq və Suriyada törətdikləri insanlıq əleyhinə cinayətlərə baxsalar yaxşıdır".