logo

İƏT Nazirlər Şurasının yekun sənədində  Ermənistanla bağlı iki bənd salınıb

17:33 09-11-2019 | icon 2205
İƏT Nazirlər Şurasının yekun sənədində  Ermənistanla bağlı iki bənd salınıb

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT)Nazirlər Şurasının bu gün Türkiyənin Antalya şəhərində keçirilən 24-cü iclasının yekun sənədində Ermənistanın bölgədə apardığı işğalçılıq siyasəti ilə bağlı iki bənd salınıb.

 YeniAvropa xəbər verir  ki, bu barədə  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İƏT-in Nazirlər Şurasının Antalyada keçirilən iclasının yekunlarını şərh edərkən  jurnalistlərə müsahibəsində deyib.  O, qeyd edib ki, Azərbaycanın maraqlarına uyğun həmin iki maddənin yekun sənədə salınmasının bu günə təsadüf etməsi xüsusilə önəmlidir: "Çünki bu gün Azərbaycanın Dövlət Bayrağı Günüdür. Azərbaycanın bu gözəl bayram münasibətilə bir daha səmimi qəlbdən təbrik edirəm. Bu bayraq heç zaman enməyəcəkdir".

Nazir diqqətə çatdırıb ki, bugünkü iclasın yekun sənədində Ermənistanın bölgədə iqtisadi inkişafa maneə törətməsi, xüsusilə də Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməklə regionun iqtisadi potensialının azalmasına səbəb olması barədə iki bənd var. Türkiyə bundan sonra da beynəlxalq səviyyədə Azərbaycanın haqq işini müdafiə edəcəkdir.