logo

Qubada avtoqəzada bir nəfər ölüb

16:11 09-11-2019 | icon 3549
Qubada avtoqəzada bir nəfər ölüb

Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 YeniAvropa xəbər verir ki, yolun Quba rayonunun Qaraçay kəndi ərazisindən keçən hissəsində “VAZ 21012” markalı nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Qəza nəticəsində Quba rayonunun Bərqov kənd sakini, 33 yaşlı Cəbrayılov Cəlal Cavanşir oğlu və Paşaoba kənd sakini, 27 yaşlı Əhmədov Ceyhun Yadigar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Quba Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən yaralılardan C.Cəbrayılovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.