logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb

13:45 09-11-2019 | icon 2387
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 17 cinayətin üstünü “isti izlər”lə açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  YeniAvropa -ya bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə  ümumilikdə 25 nəfər, o cümlədən  borclu şəxs qismində axtarılan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş veriи, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.   

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.