Deputat Sabir Hacıyevin Mərkəzi Amerikadan İngiltərə və Maltayadək uzanan biznesi ortaya çıxdı
Deputat Sabir Hacıyevin ailə üzvlərinin və qohumlarının biznesi Mərkəzi Amerikadan tutmuş İngiltərə və Maltadaya qədər uzanır.
YeniAvropa xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün f"Facebook" səhifəsində yazıb:
"Uzaq Mərkəzi Amerikadakı Belizedə deputat Sabir Hacıyevin ailə üzvlərinin və qohumlarının biznesi məşhurdur. Elə İngiltərə və Maltada da...
Sabir Hacıyevin kiçik oğlu Kamal Hacıyev bir tərəfdən Karib dənizi, digər tərəfdən qalın cəngəlliklərlə əhatələnmiş keçmiş ispan koloniyasında şirkətlərini qeydiyyatdan keçirəndə 25 yaşı vardı. O zaman Londondakı Regent's Business məktəbini qlobal biznes menecment ixtisası üzrə yeni bitirmişdi. Bu məktəb körfəz ölkələri, Asiya və postsovet məkanından olan tələbələr üçün populyardır.
Kamal Hacıyevin 2009-cu il fevralın 11-də Belizedə qeydiyyatdan keçirdiyi ROSSMORE LTD və FİRSTCİTY LTD (qeydiyyat nömrəsi RA000693_81330) şirkətləri paytaxtın Corner Eyre və Huston küçələrinin kəsişməsindəki Blake Building ofis mərkəzində fəaliyyət göstərir. Hər iki şirkətlə bağlı sənədlərdə deputatın oğlu Kamal Hacıyevin və onun həyat yoldaşının (məşhur işadamı Bəylər Məmmədovun qızı) adı çəkilir.
Həmin şirkətlər üzərindən Londonda daha 3 şirkət təsis olunub.
TİLLCROFT VENTURES L.P. beynəlxalq ticarət və maliyyə şirkətinin (qeydiyyat nömrəsi: SL007408) bu ilin mayında reyestrə daxil edilmiş sənədlərində də Kamal Hacıyevin adı keçir.
Offşor şifkətlər üzərindən Britaniya Krallığında, Edinburqda 2009-cu ilin noyabrın 24-də təsis edilən WESTABBEY CONSULTANTS L.P. (qeydiyyat nömrəsi: SL007506) şirkəti də ticarət və investisiya sahəsində fəaliyyət göstərir.
Həmin il London yaxınlığındakı kiçik Elstree şəhərində daha bir şirkət UNICOAL LLP (qeydiyyat nömrəsi: OC343245) təsis edilib. Sənədlərdə şirkətin hüquqi ünvanı Nicholas Close küçəsi 1 kimi qeyd olunub. Lakin 4 il sonra, yəni 2015-ci il noyabrın 15-də şirkət ləğv edilib. 2012-ci ilin fevralında təqdim edilmiş maliyyə hesabatına görə şirkətin dövriyyəsi 4 milyon 352 min 771 dollar təşkil edib.
Jurnalist Araşdırmaları Beynəlxalq Konsorsiumunun araşdırmasına görə Kamal Hacıyev Maltada daha bir şirkətin təsisçilərindən biridir və direktor vəzifəsini icra edir. LENSTOR ENTERPRISES LTD Maltada 2008-ci il oktyabrın 14-dən SAN GWANN, CAPITAL BUSINESS CENTRE-də (qeydiyyat nömrəsi: C45347) fəaliyyət göstərir. Bu adda daha bir şirkət Türkmənistanda deputatın qudası, işadamı Bəylər Məmmədovun direktorluğu ilə fəaliyyət göstərir. İşadamı ötən ilin noyabrında Londonda da ticarət şirkəti açmışdı. Kamal Hacıyevin həyat yoldaşının da şərik olduğu OC424907 LLP (ilk adı LENSTOR TRADING LLP) bu ilin avqustun 13-də qapadılıb. Cənab Məmmədov Belizedə qeydiyyatdan keçmiş şirkətlər üzərindən Londonda LENSTOR TRADING LLP adı ilə daha bir şirkəti ötən il dekabrın 10-da qeydiyyatdan keçirib. Bu şirkətin təsis olunmasında Bəylər Məmmədovun Dubaydakı MBF GROUP DWC-LLC şirkəti də iştirak edib.
Vətəndaş Birliyi Partiyasının sədri, deputat Sabir Hacıyevin köməkçisi Anar Cabbarov bildirib ki, Sabir Haciyevin ailə üzvləri heç bir dövlət təşkilatında çalışmır: "Sabir müəllimin nə Azərbaycanda, nə də ki xarici dövlətlərdə heç bir şirkəti yoxdur. Sabir müəllim ümumiyyətlə bizneslə məşğul olmur".
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir