logo

Metroda gediş haqqı artırılacaq?

19:10 08-11-2019 | icon 2926
Metroda gediş haqqı artırılacaq?

Yaxın vaxtlarda "Bakı Metropoliteni" QSC-də qiymət artımı gözlənilmir.

 YeniAvropa xəbər verir  ki, bu barədə jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni"nin baş mühədisi Əlixan Osmanov deyib.

"Hazırda Bakı metrosu MDB məkanında ən ucuz metrodur. Sərnişinlərin daşınmasından əldə olunan gəlir xərin yalnız 60%-ni qarşılayır. Bununla belə, qiymət artımı gözlənilmir", - deyə o, qeyd edib.

Baş mühədis gələcəkdə metroda diferensial tarif sisteminə keçə biləcəklərini də deyib:

"Bu gün "Bakı Metropoliteni" uzaqmənzilli deyil. Nəzərdə tutduğumu 76 stansiyamın hamısı istismara veriləndən sonra diferensial tarif sisteminin tətbiqi rahat olacaq. Bu gün həmin sistem əhəmiyyətsizdir".