Zəlimxan Hüseynov sərbəst güləş yığmamıza baş məşqçi təyin edildi
Noyabrın 8-də Azərbaycan Güləş Federasiyasının (AGF) inzibati binasında qurumun prezident əvəzi Namiq Əliyevin rəhbərliyi altında geniş tərkibdə iclas keçirilib.
YeniAvropa xəbər verir ki, tədbirdə AGF rəhbərliyi ilə yanaşı, güləş yığmalarımızın məşqçiləri iştirak ediblər.
Federasiyanın başçısı sərbəst güləş üzrə millimizdə böyük məşqçi Zəlimxan Hüseynovun bundan sonra baş məşqçi əvəzi kimi fəaliyyət göstərməsinə qərar verildiyini açıqlayıb. Arif Abdullayevlə yanaşı, daha bir köməkçi-məşqçinin əsas komandada çalışması məqsədəuyğun sayılıb.
N.Əliyev iclasda əsas hədəfin “Tokio 2020” olduğunu bildirib:
“Təəssüf ki, Nur-Sultanda keçirilən dünya çempionatında cəmi 2 lisenziya qazandıq. Biz daha yaxşı nəticə gözləyirdik. Mümkün qədər çalışmalıyıq ki, martda Macarıstanda keçiriləcək Avropa Olimpiya Təsnifat turnirində əksər lisenziyaları əldə edək. Hədəf heç də maksimum sayda vəsiqə qazanmaq deyil. Bizim üçün perspektiv vəd edən çəkilərdə Olimpiadada təmsil olunmalıyıq. Enerjimizi bu istiqamətdə xərcləməliyik. Hamı üzərinə düşən məsuliyyəti dərk etməlidir”.
“Yunan-Roma güləşi üzrə yığmada baş məşqçi məsələsini həll etdik. Artıq komanda yeni çalışdırıcının rəhbərliyi altında plana uyğun hazırlıq keçir. Burada işlər qaydasında gedir. Sərbəst güləş yığmamız baş məşqçisiz idi. Belə qərara gəldik ki, bundan sonra Zəlimxan Hüseynov baş məşqçi əvəzi kimi çalışsın. Arif Abdullayev də əsas komandada işinə davam edəcək. Eyni zamanda, daha bir məşqçini bu milliyə təyin edəcəyik”, - deyə N.Əliyev əlavə edib.
Qeyd edib ki, bütün komandalarda nizam-intizama ciddi riayət edilməlidir. Federasiya olaraq, komandalarımız üçün əlimizdən gələn dəstəyi verəcəyik. Təlim-məşq toplanışları, vitamin təminatı və sair məsələlərlə bağlı problem olmayacaq. Bütün səyimizi ortaya qoyub, yumruq kimi bir hədəfə vurmalıyıq. Tokio Olimpiadasından qızıl medalla qayıtmalıyıq. “Rio 2016”dan zəif çıxış etməyə haqqımız yoxdur.
Dekabrda keçiriləcək Azərbaycan çempionatının heyətin müəyyənləşdirilməsi üçün vacib olacağını deyən AGF rəsmisi vurğulayıb ki, vaxtımız çox azdır. Yaxşı hazırlıq keçib, əksər lisenziyaları əldə etməliyik.
Bakıda Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının II iclası keçirilir
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub
Koreyanın 206 mindən çox avtomobilini geri çağırır
Sabah Bakıda 28° isti olacaq
Bakıda Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub
Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Paytaxtdakı “Kremlin Hall” şadlıq sarayı havanı çirkləndirir
Bu gün Azərbaycan Kubokunun finalçıları məlum olacaq
AMEA-da yeni şöbələr yaradılıb
Xankəndidə silah-sursat aşkarlanıb
Azərbaycan nefti 89,33 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb
Azərbaycanın səfiri etimadnamələrini Qambiya prezidentinə təqdim edib
Senat ABŞ-ın Ukraynaya 61 milyard $-lıq hərbi yardımını təsdiqləyib
Rusiya müdafiə nazirinin müavini 1 milyonluq rüşvətə görə həbs edilib
Ermənistanın öz sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur-Paşinyan
Payızda Azərbaycan ilə Ermənistanın baza prinsipləri üzrə razılığa gəlməsi ehtimalı var
QDİƏT-in turizm üzrə toplantısında “Bakı Bəyannaməsi” qəbul edilib
Astara sakinindən 51 kq narkotika götürülüb
COP29-a görə Vergi Məcəlləsinə dəyişiklik ediləcək
İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda iştirak edir
"EURO-2024"ü idarə edəcək hakimlər arasında Türkiyə təmsilçisi də var
Sabah Bakıda 29° isti olacaq
Azərbaycanda spirtli içkilərin illik istehsali 20 min dekalitr olacaq
Yevlaxda uşaq bağçasındakı qanunsuzluqlarla bağlı cinayət işi başlanıb