logo

BƏƏ-nin iqtisadiyyat naziri Azərbaycana səfərə gələcək

14:20 08-11-2019 | icon 2919
BƏƏ-nin iqtisadiyyat naziri Azərbaycana səfərə gələcək

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Sultan Bin Saeed Al Mansoori  Azərbaycana səfərə gələcək.

 YeniAvropa xəbər verir  ki, bu barədə  BƏƏ-nin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, səfərdə məqsəd noyabrın 11-13-də Bakıda keçiriləcək iki ölkə arasında Ticarət Məclisinin iclasında iştirak etməkdir. Səfər zamanı naziri  BƏƏ-nin iş adamlarından ibarət geniş tərkibdə nümayəndə heyəti müşayət edəcək.