DYP-dən piyadalara MÜRACİƏT: Vacib tövsiyyələr
"İlin əvvəlindən bu günə qədər Bakı şəhərində qeydə alınan yol-nəqliyyat hadisələrində təyin olunmayan yerlərdən keçən piyadaların avtomobillərlə vurulması ümumi hadisələrin 52 faizini təşkil edir. Bu ağır nəticələr biz dövlət yol polisi əməkdaşları və rəhbərliyini ciddi narahat edir."
YeniAvropa xəbər verir ki, bu haqda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.Onun sözlərinə görə, bu hadisələr insanların həyatını itirməsi, əlil olması ilə nəticələnir.
"Odur ki, bir daha piyadalara müraciət etmək istəyirik. Yolu keçən zaman mütləq şəkildə sağa-sola baxmaq zəruridir. Yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qabağına qaçmaq, qulaqcıq taxaraq ətrafdakı səslərdən təcrid olmaq qəti şəkildə olmaz. Avtomobilin tam dayandığını əmin olmaq, daha sonra yolu keçmək lazımdır. Yolu tək şəkildə deyil, bir neçə piyada ilə keçmək, səkilərdən istifadə etmək daha məqsədəuyğundur."
Vaqif Əsədov "Yol hərəkəti haqqında" qanunun 40-cı maddəsinin tələblərini də xatırladıb. Bildirib ki, əgər piyadalar qaydanı pozursa cərimə olunurlar. "Nəzərə alsaq ki, piyada keçidi olmayan yerdən yolu keçmək 20 manat, sürət həddi 80 km/saatdan artıq olan yerlərdən keçmək isə 40 manat cərimədir. Amma məqsəd heç də piyadaları cərimələmək deyil. Əsas hədəf insanların maarifləndirilməsi və təhlükəsizliyin təminidir."
Şöbə rəisi onu da əlavə edib ki, piyadavurma hadisələrini təhlil etdikdə aydın olur ki, əsasən piyada kecidlərin yaxınlığında bu cür hallar daha çoxdur. "Ən çox piyadalavurmalar yeraltı və yerüstü keçidlər olan ərazilərdə qeydə alınır. Hadisələrin baş verməsinə əsas səbəb piyada səhlənkarlığı və sürücü diqqətsizliyidir. Paytaxtın inzibati ərazisinə düşən şəhərkənarı yerlərdə isə işıqlandırma olmayan ərazilərdə bu cür hadisələr baş verir."
Vaqif Əsədov sürücülərə də müraciət edib. Bildirib ki, sürücülər xüsusilə diqqətli olmalı, günün qaranlıq vaxtlarında, yaşayış məntəqələri olan yerlərdə sürət həddini aşağı salmalıdırlar. "Piyada vuran zaman sürücü də məsuliyyət daşıyır. Bir çox hallarda həbs olunur. Amma qeyd edim ki, piyadaların günahı ucbatından baş verən qəzalar daha çoxdur. Piyadalar da bilməlidir ki, əgər qəza onların günahı ucbatından baş verirsə, hadisələrin ağırlıq dərəcəsindən asılı olaraq piyadalar inzibatı məsuliyyətə deyil, cinayət məsuliyyətinə cəlb olunacaqlar."
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir