logo

Bu il Türkiyədə 500 kişiyə döş xərçəngi diaqnozu qoyulub

10:11 08-11-2019 | icon 27356
Bu il Türkiyədə 500 kişiyə döş xərçəngi diaqnozu qoyulub

Qadınlarda ən çox görülən xərçəng növlərindən biri də döş xərçəngidir. Bu xəstəliyə hər 100 kişidən birində də rast gəlmək mümkündür.

YeniAvropa xəbər verir  ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumata əsasən 2019-cu ildə Türkiyədə 500 kişiyə döş xərçəngi diaqnozu qoyulub. Bu səbəbdən mütəxəssislər kişilərin də qadınlar kimi mütəmadi olaraq döş xərçəngi müayinəsindən keçmələrinin vacibliyini vurğulayırlar.

Bu xəstəliyin ilk növbədə bədənin qoltuq altı hissəsindəki dəyişikliklərlə özünü büruzə verdiyini deyən mütəxəssislər xəstəliyin qadınlara nisbətən kişilərdə daha tez aşkarlana biləcəyini qeyd ediblər. Xəstəlikdən qorunmağın yolu olaraq isə ilk növbədə gündə ən azı yarım saat idman etmək olduğu bildirilir. Belə ki, hərəkətsizlik, oturaq həyat tərzi və D vitamini çatmazlığı xəstəliyin yaranma səbəblərindəndir.