logo

Emmanuel Makron: NATO-da “beyin ölümü” prosesi baş verir

19:10 07-11-2019 | icon 2618
Emmanuel Makron: NATO-da “beyin ölümü” prosesi baş verir

Fransa Prezidenti Emmanuel Makron ABŞ-ın strateji qərarlar üzrə NATO üzrə müttəfiqləri ilə əlaqəni itirməsini alyansın daxilində “beyin ölümü” kimi qiymətləndirib.

 YeniAvropa xəbər verir ki, “The Economist” nəşrinə müsahibəsində Fransa prezidenti buna misal olaraq NATO-üzvlərinin məşvərətsiz mühüm hərbi qərarlar qəbul etdiyini misal çəkib. O, bu kontekstdə Avropa İttifaqının müstəqil geosiyasi güc kimi çıxış etməsinin zəruriliyini vurğulayıb və əks halda “Avropanın öz taleyini nəzarətdə saxlaya bilməyəcəyini” deyib.

E.Makron əlavə edib ki, Aİ hazırda uçurumun kənarındadır və tez bir zamanda ölkələrin hərbi gücü artırılmalıdır.

Avropanın gələcəyi ilə bağlı bədbin mülahizələrini davam etdirən Fransanın dövlət başçısı deyib ki, Brexit Aİ-də başlayan dərin böhranın əlamətidir. Onun sözlərinə görə, bəzi siyasi liderlər baş verən prosesləri, xüsusən millətçilik təzahürlərinin güclənməsini gözardı edirlər. Makron təklif edib ki, yeni bir struktur – Avropada Demokratiyanın Qorunması Agentliyi yaradılsın, hər bir ölkəyə seçki prosesində baş verən kiber hücumların qarşısını almaq məqsədilə yardım edilsin.

Fransa prezidenti 26 ölkənin üzv olduğu Şengen sonası rejimini də dəyişdirməyi təklif edib. O, bunu Avropa daxilində sərbəst hərəkət etmənin fəsadları və qanunsuz miqrasiya ilə bağlı üzv ölkələr arasında fikir ayrılığı ilə əsaslandırıb.