logo

Qarabağ separatçılarının rəhbəri Brüsselə gedib

17:16 07-11-2019 | icon 2317
Qarabağ separatçılarının rəhbəri Brüsselə gedib

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yaradılmış separatçı rejimin rəhbəri Bako Saakyan Belçikaya gedib.

YeniAvropa xəbər verir  ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Xəbərdə bildirilir ki, B.Saakyan Brüsseldə Ermənistan Ümumi Xeyriyyə Birliyinin (AOBS) Avropa ofisinin direktoru Nikola Tavityan ilə görüşüb.

Görüşdə separatçılar üçün nəzərdə tutulan bir sıra proqramların icrası ilə bağlı məsələlər müzakirə edilib.