logo

Azərbaycan millisi baş məşqçisiz qaldı

14:29 07-11-2019 | icon 3059
Azərbaycan millisi baş məşqçisiz qaldı

Cari ilin mayında ölkəmizə dəvət olunmuş və qadın voleybolçular arasında milli komandamızın baş məşqçisi təyin edilmiş Covanni Kaprara ilə bağlanan müqavilə sentyabrda Avropa çempionatından sonra başa çatıb.

YeniAvropa xəbər verir  ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının açıqlamasında qeyd olunub.

Xatırladaq ki, C.Kaprara milli komandamızın baş məşqçisi kimi Qızıl Avropa Liqasında, 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turnirində və Avropa çempionatında çıxış edib.

Yanvarda keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirində çıxış edəcək milli komandamızın baş məşqçisinin kim olacağı isə Azərbaycan Voleybol Federasiyası tərəfindən yaxın zamanda açıqlanacaq.