logo

Sabah Bakıda 21° isti olacaq

14:10 07-11-2019 | icon 2317
Sabah Bakıda 21° isti olacaq

Azərbaycanda noyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13°, gündüz 17-21° isti, Bakıda gecə 10-12°, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 767 millimetr civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 17-22° isti, dağlarda gecə 2-7°, gündüz 12-17° isti olacağı gözlənilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, noyabrın 8-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.