logo

Litva parlamentinin sədri Şəhidlər xiyabanını ziyarət edib

13:59 07-11-2019 | icon 2338
Litva parlamentinin sədri Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan Litva Respublikası Seyminin sədri Viktoras Prantskietis noyabrın 7-də Şəhidlər xiyabanına gələrək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib.

YeniAvropa xəbər verir  ki, Litva Seyminin sədri “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Viktoras Prantskietis jurnalistlərə müsahibəsində ölkələrimiz arasında münasibətlərin, xüsusilə də parlamentlərarası əlaqələrin yaxşı səviyyədə olduğunu deyib. Azərbaycanın strateji cəhətdən və sürətli iqtisadi inkişaf baxımından vacib ölkə olduğunu qeyd edən Seymin sədri ticarət dövriyyəsinin artırılmasının önəmini vurğulayıb. O, səfəri zamanı keçiriləcək görüşlərdə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində müzakirələrin aparılacağını bildirib.