logo

Gürcüstanın təhsi naziri istefa verib

11:52 07-11-2019 | icon 2660
Gürcüstanın təhsi naziri istefa verib

Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman naziri Mixeil Batiaşvili noyabrın 7-də vəzifəsindən istefa verib.

 YeniAvropa xəbər verir  ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria hökumətin bugünkü iclasında bildirib. O, M.Batiaşvilinin öz istəyi ilə vəzifəsini tərk etdiyini deyib.

Xatırladaq ki, M.Batiaşvili 2018-ci ilin iyulundan Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman naziri vəzifəsini tuturdu.