logo

Türk hərbçiləri əl-Bağdadinin arvadını, bacısını və yeznəsini saxlayıb

17:53 06-11-2019 | icon 2597
Türk hərbçiləri əl-Bağdadinin arvadını, bacısını və yeznəsini saxlayıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan türk hərbçilərinin İŞİD qruplaşmasının öldürülən lideri Əbu Bəkr əl-Bağdadinin həyat yoldaşını, bacısını və yeznəsini saxladıqlarını bildirib.

YeniAvropa xəbər verir  ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

“Biz Suriya ərazisində onun arvadını, bacısını və yeznəsini saxlamışıq. Bunu ilk dəfə açıqlayıram”, - deyə Türkiyə prezidenti bildirib.

Hazırda onlar miqrasiya mərkəzində məhkəmənin qərarını gözləyir.

Rəcəb Tayyib Ərdoğan ölkəsinin terrora qarşı ciddi mübarizə aparmaqda davam etdiyini və respublikada hazırkı antiterror tədbirlərinin çox effektiv olduğunu deyib.

Xatırladaq ki, oktyabrın 27-də Donald Tramp Suriyada keçirilən əməliyyat nəticəsində İŞİD qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin öldürüldüyünü elan etmişdi. Onun sözlərinə görə, əməliyyat zamanı qruplaşma lideri özünü partladıb. İŞİD-ə bağlı “Amaq” saytı Əbu Bəkr əl-Bağdadinin ölüm faktını təsdiqləyib.