logo

İŞİD silahlıları Tacikistanda sərhəd zastavasına hücum ediblər 

13:30 06-11-2019 | icon 2485
İŞİD silahlıları Tacikistanda sərhəd zastavasına hücum ediblər 

Tacikistan-Özbəkistan sərhədində zastavaya hücum edənlər İŞİD terror qruplaşmasının yaraqlıları olub.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Tacikistanın Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb. Qurumun məlumatına əsasən, silahlılar noyabrın 3-də Əfqanıstanın şimal-şərqində yerləşən Qunduz əyalətinin Kalai-Zol qəzasından Özbəkistana daxil olublar.

Bir qədər əvvəl Tacikistan Sərhəd Qoşunlarının mətbuat xidməti 20 nəfərdən ibarət silahlı qrupun Özbəkistanla sərhəddə yerləşən zastavaya hücum etdiyini bildirib. Güc strukturlarının keçirdiyi əməliyyat nəticəsində hücum edən silahlılardan 15-i öldürülüb, beşi isə saxlanılıb. Əməliyyat zamanı, həmçinin sərhəd qoşunlarının bir əsgəri və Daxili İşlər Nazirliyinin bir əməkdaşı həlak olub.

Hazırda hadisə ilə bağlı təhqiqat aparılır. Tutulan silahlılar Tacikistanda terror aktları törətmək tapşırığı aldıqlarını deyiblər.