logo

Bakıda II Beynəlxalq Sənaye sərgisi açılıb

13:09 06-11-2019 | icon 266
Bakıda II Beynəlxalq Sənaye sərgisi açılıb

Noyabrın 6-da Bakı İdman Sarayında II Beynəlxalq Sənaye Sərgisi “CASPINDEXPO 2019” açılıb.

 YeniAvropa  xəbər verir ki, açılış mərasimində İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə sərginin əhəmiyyətindən söz açaraq sərgidə İranın ən tanınmış şirkətlərinin iştirak etdiyini nəzərə çatdırıb.

Son illər ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafından danışan səfir bu əməkdaşlıqdan hər iki ölkənin mənfəət götürəcəyinə əminliyini vurğulayıb.

Qeyd edək ki, sərgi noyabrın 8-dək davam edəcək.