logo

Donald Tusk Polşada prezident seçkilərində iştirak etməyəcək

10:59 06-11-2019 | icon 2548
Donald Tusk Polşada prezident seçkilərində iştirak etməyəcək

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk gələn ilin yazında Polşada keçiriləcək prezident seçkilərində iştirak etməyəcək.

YeniAvropa i “RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə D.Tuskun özü açıqlama verib.

O, qarşıdakı prezident seçkilərində müxalifət nümayəndələrini dəstəkləyəcəyini də bildirib.

Qeyd edək ki, 62 yaşlı  Donald Tusk 1990-cı illərdən siyasətlə məşğul olmağa başlayıb. 1997-ci ildə Polşa Senatına seçilib və parlament sədrinin müavini olub. 2001-ci ildə Vətəndaş Platforması Partiyasını yaradıb. Növbəti parlament seçkilərində partiyasının qələbəsini təmin edən D.Tusk 2007-ci ildə Polşanın baş naziri seçilib. O, Polşada kommunist rejimi dağıldıqdan sonra ölkə tarixində  parlament tərəfindən təkrar  baş nazir seçilən ilk siyasətçidir və 2014 -cü ilədək Polşanın baş naziri olub. 

2014-cü ildə D.Tusk Avropa İttifaqı Şurasının prezidenti seçilib. Bu ilin sonunda onun prezidentlik müddəti başa çatır.

Xatırladaq ki, bu ilin iyul ayında Avropa İttifaqının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının sammitində Aİ Şurasının növbəti prezidenti vəzifəsinə Belçikanın baş naziri Şarl Mişel seçilib. O, dekabr ayından bu vəzifədə Donald Tusku əvəzləyəcək.