logo

İsrail səfirinin Azərbaycandakı diplomatik missiyası başa çatır

23:31 05-11-2019 | icon 2016
İsrail səfirinin Azərbaycandakı diplomatik missiyası başa çatır

2015-ci ilin avqustundan İsrailin Azərbaycandakı səfiri vəzifəsində çalışan Dan Stavın ökəmizdəki diplomatik missiyası başa çatır. O, noyabrın 21-də Bakını tərk edəcək. 

YeniAvropa xəbər verir  ki, bu haqda İsrailin Azərbaycandakı səfirliyindən bildirilib.Qeyd edilib ki, İsrailin Azərbaycana təyin etdiyi yeni səfiri  Corc Dikin noyabrın sonunadək Bakıya gəlişi gözlənilir.

Xatırladaq ki, İsrailin Xarici İşlər Nazirliyi hələ ötən ilin noyabrında Corc Dikin Azərbaycana yeni səfir təyin olunduğu barədə məlumat yayıb. Qeyd edilib ki, C.Dik daha əvvəl İsrail Xarici İşlər Nazirliyinin Baş direktoru Yuval Rotemin böyük məsləhətçisi kimi çalışıb.

İsrail KİV-nin yazdığına görə, ölkə tarixində ilk dəfə səfir postuna xristian ərəb təyin olunub.

Qeyd edək ki, C.Dik nazirlikdə 2008-ci ildən işə başlayıb, ardından 2009-2012-ci illərdə İsrailin Nigeriyadakı, 2012-2015-ci illərdə isə Norveçdəki missiyasının rəhbərlərinin müavini olub.