logo

Bakıda Azərbaycan-Türkiyə XII yüksək səviyyəli hərbi dialoq iclası keçirilir

17:15 05-11-2019 | icon 2324
Bakıda Azərbaycan-Türkiyə XII yüksək səviyyəli hərbi dialoq iclası keçirilir

Noyabrın 5-də Bakıda Azərbaycan-Türkiyə 12-ci yüksək səviyyəli hərbi dialoq iclası işə başlayıb.

YeniAvropa xəbər verir  ki, bu haqda  Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, nümayəndə heyətlərinin geniş tərkibdə iştirak etdikləri iclasda həmsədrlərin çıxışları dinlənib, regional təhlükəsizlik mühitinin vəziyyətinə dair brifinqlər təqdim olunub. Sonra iclas yardımçı işçi qruplarda davam edib.

Noyabrın 7-dək davam edəcək iclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti, inkişaf perspektivləri, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müzakirə ediləcək, eləcə də 2020-ci il üçün fəaliyyət planı razılaşdırılacaq.

Qeyd edək ki, iclasa Azərbaycan tərəfdən müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfdən isə Baş Qərargahın ikinci rəisi general-polkovnik Metin Gürak həmsədrlik edirlər.