logo

9 ayda “Azəri-Çıraq-Günəşli”dən 20 milyon ton neft hasil edilib

15:21 05-11-2019 | icon 2205
9 ayda “Azəri-Çıraq-Günəşli”dən 20 milyon ton neft hasil edilib

Bu ilin üç rübündə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 20 milyon ton neft hasil edilib.

 YeniAvropa xəbər verir  ki, bu barədə “BP-Azerbaijan” şirkətinin hesabatında deyilir.

Üç rüb üçün AÇG-dən ümumi hasilat – “Çıraq” (41 000), “Mərkəzi Azəri” (133 000), “Qərbi Azəri” (121 000), “Şərqi Azəri” (92 000), “Dərinsulu Günəşli” (95 000) və “Qərbi Çıraq” (59 000) platformalarından birlikdə – gündə orta hesabla 541 000 barrel və ya ümumilikdə təqribən 148 milyon barrel, yəni, 20 milyon ton olub.

Üçüncü rübün sonunda "AÇG"də ümumilikdə 124 neft hasilat quyusu və 42 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub. Rübün sonunadək 9 neft hasilat quyusu qazılıb.