logo

Cari ildə "BP" Azərbaycanda sosial layihələrə 2,2 milyon dollar xərcləyib

13:29 05-11-2019 | icon 196
Cari ildə "BP" Azərbaycanda sosial layihələrə 2,2 milyon dollar xərcləyib

Bu ilin yanvar-sentyabr aylarında "BP" və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları Azərbaycanda sosial investisiya layihələrinə 2,2 milyon dollar xərcləyiblər.

 YeniAvropa xəbər verir  ki, bu barədə “BP-Azerbaijan” şirkətinin hesabatında məlumat verilir.

Qeyd edilir ki, ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə "BP" (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək.