logo

Düz bağırsağında İrandan Azərbaycana narkotik maddə gətirdi

12:12 05-11-2019 | icon 210
Düz bağırsağında İrandan Azərbaycana narkotik maddə gətirdi

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından ölkəmizə piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən  YeniAvropa-ya bildirilib ki, bu zaman o, üzərində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı bir predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildirib.

Yoxlama zamanı vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığı üçün o, gömrük əməkdaşlarının müşayiəti ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Tibbi müayinə nəticəsində daxili orqanı - düz bağırsağından 3 ədəd bükümdə, ümumi çəkisi 92,814 qram olan narkotik vasitə - heroin və xalis çəkisi 2,197 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.