logo

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən 8 nəfər saxlanılıb

11:33 05-11-2019 | icon 2184
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən 8 nəfər saxlanılıb

Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədlərinin etibarlı mühafizəsi istiqamətində əməliyyat-qoşun tədbirlərini davam etdirir.

DSX-nin mətbuat mərkəzindən  YeniAvropa-ya bildiriblər noyabrın 3-də saat 00:20 radələrində Ağstafa rayonu yaxınlığındakı “Sadıxlı” sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 8 nəfər Azərbaycan Respublikası vətəndaşı həmin ərazidə xidmət aparan sərhədçilər tərəfindən saxlanılıb.

İlkin araşdırma zamanı həmin şəxslərin Ağstafa rayon sakinləri 2000-ci il təvəllüdlü Bukavazin İlkin Qərib oğlu, 2000-ci il təvəllüdlü Bədirov Kamran Cavad oğlu, 2004-cü il təvəllüdlü Bədirov Novruz Müzəffər oğlu, 2009-cu il təvəllüdlü Bukavazin Sevinc Qərib qızı, 2015-ci il təvəllüdlü Bədirova Asya Vaqif qızı, 2015-ci il təvəllüdlü Mirzəyev Rövşən Həmid oğlu, 2016-cı il təvəllüdlü Bukavazin Mədinə Aslan qızı və Yevlax rayon sakini 1999-cu il təvəllüdlü Bukavazin Zəminə Rəsul qızı olmaları müəyyənləşdirilib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.