logo

Rostov-Bakı mikroavtobusu qəzaya uğradı, 7 nəfər xəsarət aldı

21:59 04-11-2019 | icon 2268
Rostov-Bakı mikroavtobusu qəzaya uğradı, 7 nəfər xəsarət aldı

Rusiyanın Rostov vilayətindən Bakıya gələn mikroavtobusun qəzaya uğraması nəticəsində 7 nəfər xəsarət alıb.

 YeniAvropa xəbər verir  ki, hadisə Stavropol diyarının Budyonnovsk rayonunun Blaqodarnı qəsəbəsinin yaxınlığına baş verib. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Onların hamısının Azərbaycan vətəndaşı olduğu bildirilir.

Rusiya DİN-in Stavropol diyarı üzrə Baş İdarəsinin məlumatına görə, qəza Svetloqorsk-Blaqodarnı-Budyonnovsk avtomobil yolunun 78-ci kilometrində baş verib. “Ford Transit” markalı mikroavtobus “Lifan” markalı minik avtomobili ilə toqquşub. Mikroavtobus toqquşmadan sonra yolun kənarındakı ağaca çırpılıb.

Qəzanın başvermə səbəbləri araşdırılır.