logo

Ölkə ərazisində həftə sonunadək hava yağmursuz olacaq

17:59 04-11-2019 | icon 2345
Ölkə ərazisində həftə sonunadək hava yağmursuz olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında həftə ərzində hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, səhər saatlarında bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi üstünlük təşkil edəcək.

Departamentdən YeniAvropa-ya bildiriblər ki, havanın temperaturu gecə 9-12°, gündüz 15-19° isti arasında dəyişəcək.

Azərbaycanın rayonlarında həftə ərzində hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10°, gündüz 16-21°, dağlarda gecə 0-4°, gündüz 7-12° isti arasında dəyişəcək.