logo

Bakıda ağır qəza: 1 nəfər öldü, 2 azyaşlı yaralandı

15:46 04-11-2019 | icon 3675
Bakıda ağır qəza: 1 nəfər öldü, 2 azyaşlı yaralandı

Bakıda yol qəzası baş verib. Hadisə Novxanı-Pirşağı yolunda qeydə alınıb.

YeniAvropa xəbər verir  ki, qəza nəticəsində 1 nəfər dünyasını dəyişib, iki azyaşlı xəsarət alıb.

Səhiyyə Nazirliyindən verilən məlumatda bildirilib ki, hadisə ilə əlaqədar Təcili Tibbi Yardıma çağırış 13:10-da daxil olub: "Hadisə nəticəsində 1 nəfər qadın hadisə yerində dünyasını dəyişib. 44 yaşlı kişi bud sümüyünün sınığı, 2 azyaşlı uşaq isə daxili qanaxmaya şübhə diaqnozu ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar. Yaralılara lazımi tibbi yardım göstərilir".