logo

Cari ildə Mərkəzi Bankın valyuta ehtiyatları 9,2% artıb

14:31 04-11-2019 | icon 2534
Cari ildə Mərkəzi Bankın valyuta ehtiyatları 9,2% artıb

2019-cu il oktyabrın 31-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 6 milyard 144,7 milyon dollar təşkil edib.

YeniAvropa xəbər verir  ki, bu barədə  AMB-nin saytında yerlışdirilən məlumatda qeyd olunub.

Bildirilib ki, 2018-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları 5 milyard 625,7 milyon təşkil edib. Beləliklə, bu ilin yanvar-oktyabr aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 9,2% artıb.

Oktyabrda AMB-nin valyuta ehtiyatları 1,8% və ya 110,6 milyon dollar artıb.

Xatırladaq ki, 2018-ci ildə isə Mərkəzi Bankın valyuta ehtiyatları 5,4% artıb.