logo

Sumqayıtın bir hissəsində su olmayacaq

21:53 03-11-2019 | icon 2240
Sumqayıtın bir hissəsində su olmayacaq

Gecə saatlarından "Sumqayıt stansiyası" və ətraf ərazilərə, həmçinin Müşfiqabad, Nübar, Çiçək, Hökməli qəsəbələrinə, habelə ətrafdakı yaşayış massivlərinə sabah axşam saatlarına qədər içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

 YeniAvropa xəbər verir  ki, bu barədə "Azərsu" ASC-dən məlumat verilib.

Qeyd edilib ki, buna səbəb Sumqayıt Karbomid Zavoduna yeni dəmir yolunun çəkilməsi ilə əlaqədar ərazidən keçən magistral su kəmərinin yerinin dəyişdirilməsidir.