logo

Nicat Şıxəlizadə beynəlxalq turnirdə gümüş medal qazandı

20:21 03-11-2019 | icon 2989
Nicat Şıxəlizadə beynəlxalq turnirdə gümüş medal qazandı

Azərbaycan cüdo yığmasının üzvü Nicat Şıxəlizadə Avstraliyanın Pert şəhərində start götürən cüdo üzrə Okeniya açıq turnirinə gümüş medala sahib olub.

 YeniAvropa xəbər verir  ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından bildirilib. Qeyd edilib ki, beynəlxalq yarışın ilk günü cüdoçumuz Nicat Şıxəlizadə üçün uğurlu olub. Belə ki, 66 kq çəki dərəcəsində mübarizə aparan N.Şıxəlizadə Böyük Britaniya, Avstraliya, Braziliya və Almaniya cüdoçularına qalib gələrək finala çıxıb. Həlledici görüşdə ispaniyalı Martin Qaiteroya məğlub olan cüdoçumuz turnirin gümüş medalı ilə kifayətlənib.

Qeyd edək ki, Avstraliyada 66 ölkədən 310 cüdoçu mübarizə aparır. Ölkəmiz beynəlxalq yarışda 9 cüdoçu ilə təmsil olunur. Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan Okeaniya açıq turnirində gümüş medal qazanan Nicat Şıxəlizadə aktivinə daha 500 xal yazdırıb.