logo

Çin orbitə yeni peykini göndərib

12:28 03-11-2019 | icon 2443
Çin orbitə yeni peykini göndərib

Çin noyabrın 3-də yerli vaxtla səhər 11:22-də (Bakı vaxtı ilə 8:22-də) Yerin müşahidəsi üçün orbitə “Gaofen-7” peykini buraxıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Çinin Elm, Texnologiya və Milli Müdafiə Sənayesi Baş Administrasiyası məlumat yayıb. Xəbərdə bildirilib  ki, peykin “Long March 4B” raketdaşıyıcısı ilə buraxılışı ölkənin şimalındakı Şansi əyalətindəki Tayyuan kosmodromundan həyata keçirilib.

Peyk xəritələrin hazırlanması, təbii ehtiyatların tədqiqatı, yaşayış məntəqələrinin layihələndirilməsi, ətraf mühitin qorunması və təbii fəlakətlər barədə erkən xəbərdarlıq üçün istifadə olunacaq.