logo

Azərbaycan İstanbul Beynəlxalq Kitab Sərgisinin açılışı olub

22:03 02-11-2019 | icon 4606
Azərbaycan İstanbul Beynəlxalq Kitab Sərgisinin açılışı olub

Noyabrın 2-də 38-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin açılışı olub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, “50-ci illərin ədəbi nəsli” mövzusuna həsr olunan builki sərgiyə xarici və yerli iştirakçılardan ibarət 800-dən çox təşkilat qatılıb. Sərgi çərçivəsində 300 ədəbi-bədii tədbirin, 3 minə yaxın imza günün keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və İstanbuldakı Baş Konsulluğumuzun dəstəyi ilə ölkəmiz sərgidə iki xüsusi stendle təmsil olunur. Beynəlxalq salondakı milli stend 4, “Zəngin Yayıncılıq” nəşriyyatı vasitəsilə təşkil olunan “Azərbaycan” stendi isə 9 gün müddətində fəaliyyət göstərəcək. Azərbaycan bölməsində Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və yerli nəşriyyatlar tərəfindən çap olunan ölkəmizin tarixini, mədəniyyətini, multikultural dəyərlərini və dövlətçilik ənənələri əks etdirən 300 adda, 600 nüsxədən çox nəşr sərgilənir. Eyni zamanda Mədəniyyət Nazirliyinin “Azərbaycan kitabının dünyada tanıdıl

Sərgi çərçivəsində bölməmizdə türk dilinə tərcümə edilən Nizami Gəncəvinin “Xəmsəsi”nin, “Nesimi İrak Divanı” və Sona Vəliyevanın “Yurd Sevdası” kitablarının təqdimatı keçiriləcək.

Tədbiri ziyarət edən Türkiyənin Mədəniyyət və Turizm naziri Məhmət Nuri Ərsoy Azərbaycan bölməsinə də baxış keçirib. Nazir ölkəmizin sərgidə yüksək səviyyədə iştirakına görə məmnunluğunu bildirib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Aslan Cəfərov Azərbaycan bölməsinin sərgidəki fəaliyyəti, “Azərbaycan kitabının dünyada tanıdılması” layihəsi barədə Məhmət Nuri Ərsoya məlumat verib və Nizami Gəncəvinin “Xəmsəsi”ni və Nəsiminin “İrak Divanı”nı nazirə hədiyyə edib.

Milli stenddə nümayiş olunan kitabların əsas hissəsi sərginin sonunda ziyarətçilərə paylanılacaq, bir qismi isə Türkiyədəki kitabxanalara hədiyyə olunacaq.

Kitab sərgisinin “Fəxri yazarı” Adnan Özyalçınerdir.

Sərgi noyabrın 10-dək davam edəcək.