logo

Xəzər dənizində dalğanın hündürlüyü 7 metrə çatıb

20:34 02-11-2019 | icon 2814
Xəzər dənizində dalğanın hündürlüyü 7 metrə çatıb

Milli Hidrometeorologiya Departamentinin saat 20:00-a olan məlumatına görə, şimal-qərb küləyi arabir Bakıda 35 m/s, Sumqayıt və Pirallahıda 34 m/s, Neft Daşlarında 31 m/s-dək güclənib, dalğanın hündürlüyü 7 metr olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən YeniAvropa-ya bildiriblər ki, Sumqayıt, Bakı, Binə, Maştağa, Zabrat, Pirallahı, Naxçıvan, Ordubad, İsmayıllı, Mərəzə, Altıağac, Xaçmaz, Quba, Qusar, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Biləsuvar, Lənkəran, Neftçala, Şabran, Nabranda yağış yağıb. Xaltan, Qırız, Xınalıq və Şahdağda isə qar yağıb.

Ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraitinin noyabrın 4-ü gündüzədək davam edəcəyi, güclü şimal-qərb küləyinin 3-ü səhər saatlarından tədricən mülayimləşəcəyi gözlənilir.