logo

Cüdoçumuz Avropa çempionatında qızıl medal uğrunda mübarizə aparacaq

17:51 02-11-2019 | icon 217
Cüdoçumuz Avropa çempionatında qızıl medal uğrunda mübarizə aparacaq

Rusiyanın İjevsk şəhərində 23 yaşadək cüdoçular arasında Avropa birinciliyi davam edir.

 YeniAvropa xəbər verir ki, yarışın ikinci günündə cüdoçumuz Rəşid Məmmədəliyev (73 kq) bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazanıb. O, həlledici qarşılaşmada Rusiya təmsilçisi Ayub Xacaliyevlə qarşılaşacaq.

Digər idmançımız Hasil Cəfərov (81 kq) isə üçüncü yer uğrunda qarşılaşmada Gürcüstan idmançısı Benedek Tot ilə üz-üzə gələcək.

Qeyd edək ki, çempionatın birinci günündə Azərbaycan milli komandası bir medal qazanıb. Belə ki, 66 kiloqram çəki dərəcəsində mübarizə aparan gənc cüdoçumuz Nurlan Osmanov qitə birinciliyinin gümüş medalına sahib olub.

Avropa birinciliyində 33 ölkədən 235 idmançı (135 kişi, 100 qadın) mübarizə aparır. Ölkəmiz yarışa 9 cüdoçu ilə təmsil qatılıb.