logo

Azərbaycan ŞƏT Hökumət Başçıları Şurasının iclasında təmsil olunub

17:14 02-11-2019 | icon 2261
Azərbaycan ŞƏT Hökumət Başçıları Şurasının iclasında təmsil olunub

Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Hökumət Başçıları Şurasının 18-ci iclası keçirilib.

YeniAvropa xəbər verir  ki,iclasda Çinin dövlət şurasının sədri, Özbəkistan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistanın baş nazirləri, Pakistan və Hindistanın nümayəndə heyətləri, müşahidəçi ölkələrin və 10 beynəlxalq təşkilatın təmsilçiləri iştirak edib. Tədbirdə üzv ölkələr arasında çoxtərəfli formatda ticari-iqtisadi, nəqliyyat, logistika, sərmayə qoyuluşu, sənaye, ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində müzakirələr aparılıb.

İclasın yekunlarına görə, tərəflər kommunike imzalayıb, 2035-ci ilədək çoxtərəfli ticari-iqtisadi əməkdaşlıq Proqramının yeni redaksiyasını, ŞƏT-in ərzaq təhlükəsizliyi Proqramını və dəmir yolu idarələrinin birgə fəaliyyət Konsepsiyasını qəbul ediblər. Şuranın iclasında ümumilikdə 15 sənəd imzalanıb.

Qeyd edək ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş qismində çıxış edir.