logo

Sumqayıt sakini 1 gecədə Bakıda 3 avtomobili soydu, 1-ni isə qaçırdı

16:57 02-11-2019 | icon 2471
Sumqayıt sakini 1 gecədə Bakıda 3 avtomobili soydu, 1-ni isə qaçırdı

Bakıda bir gecədə avtomobil qaçırıb, daha üç maşından oğurluq edən Sumqayıt şəhər sakini, 1997-ci il təvəllüdlü Elçin Vahid oğlu Qədirov saxlanılıb.

 YeniAvropa xəbər verir  ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Qeyd edilib ki,  polis əməkdaşları noyabrın 1-nə keçən axşam Bakı şəhəri, Moskva prospekti, 46 ünvanında park edilən, Orxan İsmayılova məxsus “Mercedes” markalı avtomobilin oğurlanması faktı üzrə əməliyyat apararaq, E.Qədirovu şübhəli şəxs qismində saxlayıblar. Həmin maşın əməliyyatçılar tərəfindən səhər saat 9 radələrində Əli Mustafayev küçəsində tapılıb.

İstintaq zamanı E.Qədirov ifadəsində daha bir neçə avtomobildən oğurluq etdiyini də etiraf edib. Belə ki, o bir gecədə paytaxtın Vəzirov küçəsində maşınların pəncərəsini sındıraraq “Range Rover”in video-qeydiyyat cihazını, həmin küçədə “KİA”dan 700 manat, “Ford”dan isə 90 manat oğrulayıb.

Faktlarla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.