Son 12 ildə dünyada 1010 jurnalist qətlə yetirilib
Bu gün UNESKO-da Beynəlxalq Jurnalistlərə Qarşı Cinayətlərə görə Cəzasızlığa Son Qoyulması Günü ilə əlaqədar tədbir keçirilib.
YeniAvropa BMT-nin saytına istinadla xəbər verir ki, bununla bağlı təşkilatın Baş katibi Antonio Quterreşin bəyanatında deyilir: “Jurnalistlər hədəfə götürüldükdə, bunun zərbəsi bütün cəmiyyətə dəyir. Jurnalistlərin qorunması bizim müxtəlif sahələrdə alınan qərarlar və atılan addımlar barədə informasiya əldə etməyimiz üçün çox əhəmiyyətlidir. Onların öz işlərini təhlükəsiz şəraitdə yerinə yetirməsi təmin edilməsə, o zaman biz xaos və yanlış məlumatların hökm sürdüyü vəziyyətlə qarşılaşarıq”.
UNESKO-da keçirilən tədbirdə qeyd olunub ki, son 12 ildə dünyada 1010 jurnalist qətlə yetirilib və bu cinayətləri törədən şəxslərin onda doqquzu cəzasız qalır. Cəzasızlıq isə qətllərin sayının artmasına səbəb olur ki, bu da məhkəmə-hüquq sisteminin çökməsi və münaqişələrin daha kəskin hal almasının əlamətidir.
Qeyd olunub ki, UNESKO jurnalistlərə qarşı cinayətlərin cəzasız qalmasının bütövlükdə cəmiyyətə ziyan vurmasından narahatlığını ifadə edib. Bu ağır vəziyyət daha çox silahlı münaqişə zonalarında hökm sürür. Müharibə bölgələrində reportajlar hazırlayan jurnalistlərin təhlükəsizliyi də qorunmur.
BMT Baş Assambleyasının 68/163 saylı qətnaməsi ilə 2013-cü ildə elan edilmiş Beynəlxalq Jurnalistlərə Qarşı Cinayətlərə görə Cəzasızlığa Son Qoyulması Günü hər il noyabrın 2-də qeyd olunur. Həmin il Malidə iki jurnalistin qətlə yetirilməsindən dərhal sonra qəbul edilən bu qətnamədə üzv dövlətlərin hökumətlərinə cəzasızlığa son qoyulması ilə bağlı konkret tədbirlərin görülməsi barədə çağırış edilib. Sənəddə KİV nümayəndələrinə qarşı hər hansı hücumlar və zorakılıq aktları qətiyyətlə pislənilir, təqsirkarların mühakimə edilməsi tələb olunur. Qətnamədə, həmçinin jurnalistlərin öz işlərini sərbəst və maneəsiz yerinə yetirmələri üçün dövlətlərin lazımi şərait yaratmasının zəruriliyi vurğulanır.
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib
“Air France”ın təyyarəsi Bakıya qəza enişi edib
2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək
Qırğızıstan prezidenti sabah Ağdamda tikəcəkləri məktəbin təməlini qoyacaq
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi "BBC"yə müsahibə verib
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 100 milyon dollara çatır
Bakıda Azərbaycan-Başqırdıstan biznes- forumu keçirilib
Azərbaycanla Qırğızıstan arasında 18 sənəd imzalanıb
Qırğızıstan Ağdamda məktəb tikəcək
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb
HDQ və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir
Laçındakı konfransda 30 ölkədən ekspertlər iştirak edirlər
Bakıda Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının II iclası keçirilir
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub
Koreyanın 206 mindən çox avtomobilini geri çağırır
Sabah Bakıda 28° isti olacaq
Bakıda Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub